Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar.
Modern.az xəbər verir ki, dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmir olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.