Modern.az

"Qəbələ"də baş məşqçi dəyişikliyi olub

Aktual

3 Fevral 2019, 17:05

"Qəbələ" futbol komandasının baş məşqçi postunda sənəd üzərində dəyişiklik baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bu addım UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq atılıb.

 

Komandanın baş məşqçisi Sənan Qurbanovun Pro lisenziyası olmadığından, bu vəzifənin icraçısı kimi rəsmi sənədlərdə Pro kateqoriyalı köməkçi-məşqçi Zaur Həşimov göstəriləcək.

 

Lakin iş bölgüsündə hər hansı dəyişiklik aparılmayacaq. Yenə Qurbanov baş məşqçi, Həşimov məşqçi səlahiyyətlərinə malik olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı