Gəncədə döyülmə faktı qeydə alınıb. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin Gülüstan qəsəbə sakini 1964-cü il təvəllüdlü İ. İsayev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, İ. İsayev qonşusu tərəfindən döyülüb. Hadisənin səbəbi bilinmir.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.