Modern.az

Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmə modeli keçiriləcək

Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmə modeli keçiriləcək

Aktual

26 Fevral 2019, 16:07

Xocalı soyqırımı haqda həqiqətlər ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq  və “Xocalıya Ədalət” beynəlaxalq kampaniyasına dəstək məqsədilə İslam Əməkdaşlıq Təşkilatı  Gənclər Forumunun  (İƏT Gənclər Forumu) Bakıda yerləşən Avrasiya Regional Mərkəzi bu il ərzində Xocalı soyqırımı mövzusunda beynəlxalq məhkəmə modeli təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə faciənin ildönümü ərəfəsində keçirilən Forumun Avrasiya Regional Mərkəzi İdarə Heyətinin iclasında qərar verilib. Qərara əsasən, Mərkəz bu ildən “Ədalət” adlı beynəlxalq məhkəmə modeli layihəsinin icrasına başlayır. Gənc diplomat və hüquqşünaslar üçün nəzərdə tutulmuş layihədə insanlığa qarşı cinayət və ədalətsizliklər əsasında  seçilmiş mövzular (işlər) üzrə beynəlxalq məhkəmə simulyasiyaları təşkil olunacaq.

Bu barədə məlumat verən İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev  bildirib ki, İdarə Heyətinin qərarı ilə  “Ədalət” Beynəlxalq Məhkəmə Modelinin bu ilki mövzusu kimi “Xocalı soyqırımı və dünya ədalət sistemi” seçilib.  

E.Mehdiyevin bildirdiyi kimi, Mərkəzin Beynəlxalq İdarə Heyəti Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən və İƏT Gənclər Forumunun fəal iştirak etdiyi “Xocalıya Ədalət” kampaniyasının dünya ictimaiyyətinə beynəlxalq ədalət prinisplərinin çatdırılması sahəsində nailiyyət və təcrübəsini yüksək qiymətləndirib və məhkəmə modelinin əsas məqsədlərindən biri kimi kampaniyaya dəstək vermək haqqında qərar qəbul edib.

Həmçinin qeyd edildi ki, gələcəkdə layihə çərçivəsində İƏT ölkələrində beynəlxalq ədalətin pozulmasıyla nəticələnən həm tarixi (1915-ci ildə ermənilərin Anadoluda törətdikləri cinayətlər), həm də müasir (Rohingyada törədilmiş etnik təmizləmə) məsələləri model məhkəmənin müzakirəsinə çıxarılacaq.

Model zamanı həm Qərb, həm də İslam ölkələrindən olan gənc mütəxəsislər “model məhkəmə işi” ətrafında dərindən araşdırmalar apararaq,  aşkarlanmış  faktlar əsasında beynəlxalq  hüquq sisteminə uyğun qərarlar çıxaracaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı