Modern.az

Qubada köşk yandı - 1 ölü

Qubada köşk yandı - 1 ölü

Aktual

8 Mart 2019, 12:21

Qusar rayonunda ölümlə nəticələnən yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb. Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı