Modern.az

Salyanda toydan qayıdan iki qadını motosiklet vurdu

Salyanda toydan qayıdan iki qadını motosiklet vurdu

Current

8 Mart 2019, 22:30

Bu gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 78-cu km-də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Şorsulu kəndində yerləşən “Qardaşlar” şadlıq evində keçirilən toydan yolun kənarı ilə piyada evə qayıdan Dayıkənd kənd sakinləri - 44 yaşlı Südabə Cəlil qızı Nəzərova və 42 yaşlı Nailə Əlirza Hüseynovanı həmkəndliləri Elşad Əzizovun idarə etdiyi “İJ” markalı motosiklet vurub.

 

Müxtəlif dərəcəli xəsarətlər alan hər iki piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı