Modern.az

Efiopiyada göyərtəsində 157 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

Efiopiyada göyərtəsində 157 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

Aktual

10 Mart 2019, 14:47

Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Abiy Əhməd Əli öz  "Twitter" mikrobloqunda yazıb.

"Baş nazirin ofisi Efiopiya hökuməti və xalqı adından bu səhər Keniyanın paytaxtı Nayrobiyə uçan "Ethiopian Airlines"ə məxsus "Boeing 737"də öz yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verir", — deyə o bildirib.

Aviaşirkətin mətbuat xidməti qəzanın Efiopiyanın Debre-Zeyt şəhəri ərazisində qeydə alındığını bildirib.

Təyyarənin göyərtəsində 149 sərnişin və 8 heyət üzvü olub.

Hazırda hadisənin səbəbləri araşdırılır, əraziyə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı