Modern.az

29 yaşlı qadın sirkə turşusundan zəhərləndi

29 yaşlı qadın sirkə turşusundan zəhərləndi

Aktual

12 Mart 2019, 00:41

Daşkəsən rayonunda zəhərlənmə hadisəsi olub.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan 29 yaşlı qadın hələ ki, bilinməyən səbəblərdən içdiyi sirkə turşusundan zəhərlənib.

O, öncə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardım göstərilən qadn, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zərərçəkmişin ailəli olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı