Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov da bu gün imzalanan əfv sərəncamına düşən məhkumlar sırasındadır.
Modern.az-ın məlumatına görə, o, rüşvət almaqda təqsirləndirilərək həbs olunmuşdu.
Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən R.Səfərov Rüfət Səfərov 2016-cı ildə məhkum edilmişdi.
Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.