Modern.az

Axtarışda olan 31 nəfər tutuldu

Axtarışda olan 31 nəfər tutuldu

Aktual

18 Mart 2019, 10:38

Ötən iki gün ərzində törədilmiş 31 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı