Modern.az

Azay Quliyev: “İran məsələsində hər şeyə hazır olmalıyıq”

Azay Quliyev: “İran məsələsində hər şeyə hazır olmalıyıq”

Current

18 Dekabr 2011, 00:37

“İranın Ermənistana köməyinin səbəbi Azərbaycanın müstəqilliyini həzm edə bilməməsidir”

Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (ATƏT PA)  nümayəndə heyətini üzvü Azay Quliyev Modern.az sytına müsahibə verib.

Azay müəllim, İranla bağlı dünyanın super güclərinin nüyyəti ortadadır. Sizcə, Azərbaycan-İran münasibətlərini hazırkı vəziyyətini necə xarakterize etmək olar?

- Əvvəla onu deyim ki, rəsmi əlaqələrdə İranla münasibətlər sanki  rəvan getdiyi görünsə də, bəzən bizə qarşı İran tərəfinin açıq şəkildə təhdidləri  görünür. Hamı bilir ki,  bu gün İran Azərbaycanın müstəqilliyini tam şəkildə həzm edə bilmir. Məhz bu səbəbdən də İran bizim ərazimizi işğal edən Ermənistana ciddi dəstək göstərir. Ermənistana daxil olan ərzaq məhsullarının yüzdə 70 faizdən çoxu  İran vasitəsi ötürülür. Bu gün Ermənistanın ayaq üstə dürmasında, iqtisadiyyatının bundan da pis vəziyyətə düşməməsində İranın xüsusi rolu var. Bu da bizi qıcıqlandırmıya bilməz. İranla biz tarixən bağlı olan bir dövlət olmuşuq, ortaq tariximiz var. Eyni zamanda, İran dünyada İslam  həmrəyliyinin müdafiəçisi kimi çıxış edir. Hər iki prizmadan baxdıqda Azərbaycanla münasibətdə İranın bunu nəzərə almadığı görünür. Əks halda İran da Türkiyə kimi Azərbaycanla həmrəylik nümayiş etdirib Ermənistanla sərhədləri bağlıyardı və ya Pakistan kimi işğalçı Ermənistanla hər-hansı bir diplomatik əlaqə qurmazdı. Amma əksinə, bu sərhədlər nəinki bağlanır, hətta buradan narkotik maddələr  daşınır. Eyni zamanda silahlı dəstələrin hazırlanması, Azərbaycanın işğal olunan ərazilərində olan inşaat materiallarını, tarixi, mədəni abidələrin dağıdılıb İrana aparılması və satılması halına İran nəinki göz yümür, hətta şərait yaradır. Biz bütun bu haqsızlıqlara baxmayaraq daim çalışmışıq ki, İranla mehriban qonşuluq və dostluq siyasətimiz olsun.  İrana qarşı hər hansı  təzyiqlər olsa, həmin prosesdə iştrak etməyək. Kifayət qədər misallar çəkmək olar. Son illər Azərbaycana təzyiqlər olunur ki, öz ərazisindən İranın vurulmasına şərait yaratsın. Ancaq Azərbaycan buna razılıq vermir. Halbuki bunun üçün ABŞ və Avropa  tərəfindən müəyyən şirinikləndirici təkliflər də var idi.

İrana hərbi müdaxilə Azərbaycana  nə vəd edir?

- İndi durum bir az fərqlidir və daha kritikdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvüdür. Azərbaycan istəsə də, istəməsə də bu prosesdə müəyyən mövqe tutmalıdır. Azərbaycan həm də İranın qonşusudur, demək İranda baş verən hadisələr Azərbaycana təsirsiz ötüşməyəcək. Ona görə də biz dilemma qarşısındayıq.  İrana qarşı olan bu koalisyada yer alaqmı? Yoxsa almayaq? Düşünürəm ki, hər iki məqamın mənfi və müsbət tərəfləri var. Biz prinsip etibarilə həmişə atom silahının istehsalının əleyhinə olmuşuq. Ölkə olaraq bu prosesə qoşulmuşuq, Beynəlxalq Konvensiya imzalamışıq. O nöqteyi nəzərdən İranın atom bombası əldə etmək cəhdinə qarşı çıxmağımız təbiidir. Mənfi tərəfi odur ki, əgər İran əleyhinə olan kompaniyada yer alsaq Azərbaycana qarşı çox böyük təhlükələr olar. İran dəfələrlə bəyan edib ki, hansı ölkə bu prosesdə İranın əleyhinə çıxış etsə ilk növbədə həmin ölkənin özünü hədəfə alacaq və onun bütün strateji obyektlərini bombalayacaq. Bura ilk növbədə Azərbaycan, Türkiyə, İsrail və s. ölkələr daxildir. Bu nöqtəyi nəzərdən də bizim birbaşa İrana qarşı iştrak etməyimiz düzgün sayılmaz. Digər tərəfdən, İrana hərbi müdaxilə nəticəsində milyonlarla soydaşlarımız sərhədi bu tərəfə keçərsə, çox böyük hümanitar fəlakət baş verə bilər. Bu barədə cənab Prezident İlham Əliyev də “Əl-Cəzirə” kanalında müsahibəsində bildirib. Yəni 30 milyon əhalinin tək 10 faizi sərhəddi keçərsə, baxaq, görək Azərbaycanda nə baş verəcək. Ona görə də Azərbaycanın bu gün İranın bombalanmasında iştrak etməsi, yaxud da bunu arzu etməsi bizə qətiyən sərf eləmir. Nəhayət, bura müharibənin yaratdığı ekoloji fəlakəti də əlavə etsək, bundan ilk növbədə zərər çəkən Azərbaycanın olacagını söyləmək çətin deyil.  Bu üç məqama görə, hesab edirəm ki, Azərbaycan bu prosesi dəstəkləməməlidir.

- Bəs o zaman qərb müttəfiqlərlə Azərbaycanın münasibətləri korlanmayacaqmı?

- Məhz bu baxımdan mən müsahibənin əvvəlində Azərbaycanın dilemma qarşısında qaldığını söylədim. Çünki biz İrana görə qərblə starteji müttəfiqliyimizi də itirməməliyik. Xatırlatmaq istəyirəm ki, İraq, Əfqanıstan, Kosova məsələsində və xüsusilə antiterror koalisyasında Azərbaycan çox fəal rol oynadı və qərb müttəfiqlərinin daima yanında oldu. Amma qeyd etdiyim ölkələrin heç biri Azərbaycanla bir başa qonşu deyildi və İran qədər təhlükə yaratmırdı. Bu faktın özü və bütövlükdə ölkəmizin təklükəsizlik məsələsi qərb müttəfiqlərimiz tərəfindən mütləq nəzərə alınmalıdır. Düşünürəm ki, məhz bütün bu faktları və səbəbləri nəzərə aldıqdan sonra əminliklə söyləmək olar ki, Azərbaycan üçün indiki halda ən doğru qərar neytyral mövqe sərgiləməkdir. Xüsusilə də BMT Təhlükəsizlik Şurasında müzakirələr  zamanı biz  tərəflərdən heç birini dəstəkləməməliyik. Düzdur, bəzi siyasi analitiklət hesab edirlər ki, bu, bir qızıl  fürsətdir, biz bundan yararlanaq, bir növ bazarlıq edək. Xüsusilə də Qarabağ və digər məsələlrlə bağlı... ABŞ-a, Avropaya deyək ki, əgər siz bizim problemimizi həll etməyə kömək etsəniz və konkret addım atsanız biz də sizin yanınızda olarıq. Mən bu fikirlərə o qədər də ciddi yanaşmıram  və inanmıram ki, Qərb və Amerika Rusiya faktorunu nəzərə almadan Qarabağ məsələsində birmənalı şəkildə bizi müdafiə etsin. Həm də biz belə vədləri çox eşitmişik. Xüsusilə Azərbaycanın karbohidrogen ehtiyatlarının istismarı və nəqlində və s. digər məsələlərdə biz həmişə qərbin marağını nəzərə almışıq. Amma təssüflər olsun ki, Avropa verilən vədlərin heç birini yerinə yetirməyib. Artıq bizim acı təcrübəmiz bunu göstərir ki, biz belə bir risqə getməməliyik. Bu, olduqca riskli bir haldır və bizə çox baha başa gələ bilər.

Bəlkə bu məsələ həm də bizə cənublu soydaşlarımızla birləşmək fürsəti verəcək?

- Mən hesab edirəm ki, indiki halda Cənubi və Şimali Azərbaycanın birləşməsi real deyil, heç mümkün də deyil, hətta bunun üçün tarixi şəraitdə  tam şəkildə yetişməyib.  Əvvala ona görə ki, 200 illik ayrı-ayrılıqda yaşamağımız bizim bir çox sahələrdə həm mentalitetimizdə, həm yaşam tərzimizdə, həm də dünya görüşümüzdə, düşüncəmizdə  ciddi  fərqlərin  yaranmasına səbəb olub. Hesab edirəm ki, sırf mədəni, psixoloji uyğunlaşma baxımından da çox böyük fərq var. Bunun üçün isə bu proses birdən-birə deyil, mərhələli olmalıdır. Məncə, ən yaxşı variant Cənubi Azərbaycana İranın tərkibində qalmaq şərtilə böyük bir müxtariyyatın verilməsi ola bilər. Yəni özünün parlamenti olsun, Konstitusiyası, qanunları  olsun. Cənubi Azərbaycanda sodaşlarımız özünü sərbəst şəkildə ifadə etmək hüququnu, öz müqəddaratını təmin etmək hüququnu əldə edə bilərlərsə bu indiki mərhələ üçün ən doğru qərar və tarixi nailiyyət olar.

Rusiyanın bu məsələdə rolunu necə gürürsünüz?

- Şübhəsiz ki, Rusiyanın bu məsələdə öz marağı var və o hələlik İrana qarşı hərbi müdaxilənin əleyhinə çıxır. Ola bilsin ki, Rusiyada hazırda baş verən hadisələr onun mövqeyində sonralar müəyyən dəyişiklər etsin. Yəni başı özünə qarışan. Rusiya rəhbərliyinin geosiyasi məsələlərdə mövqeyi zəifləyə və bununla da öz hakimiyyətlərini qorumaq üçün qərblə müxtəlif məsələlərdə, xüsusilə İran məsələsində  bazarlığa gedə bilərlər. Bu baxımdan düşünürəm ki,  hazırda bizim regionda baş verən çox ciddi və mürəkkəb proseslər hadisələrin sonrakı gedişini tam və dəqiq praqnozlaşdırmağa xeyli çətinlik yaradır. Çox istərdik ki, yeni formalaşan  beynəlxalq və tarixi şərait Azərbaycan üçün, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin maraqlarımıza uyğun şəkildə həlli üçün əlavə  imkanlar yaratmış olsun. Amma bunun əksinə də hazır olmalıyıq.

Ümumiyyətlə, siz cənubdakı soydaşlarımızın aktivliyini necə qiymətləndirisiniz?

- Açıq deyim, İrandakı soydaşlarımızın aktivliyini qənaətbəxş hesab etmirəm. Düzdür, bizim orada çox dəyərli və qeyrətli bacı-qardaşlarımız var. Hər  cür məhrumiyyətlərə dözən və öz iradəsindən dönməyən bacı-qardaşlarımız... Amma onlar azlıq təşkil edirlər. Kütləvi olsaydılar ən azı İranın Qarabağa yardımının qarşısı alınardı. Görünür hakimiyyət bu məsələlərə çox ciddi şəkildə nəzarət edir. Baş qaldıranların hamısı qəddarcasına cəzalandırılır. Buna baxmayaraq İranda hadisələrin kəskin şəkildə dəyişməsi və bu proseslərin önündə bütün əzilən xalqların nümayəndələrinin olmasının bir zaman məsələsi olduğu qənaətindəyəm.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı