Modern.az

Helikopter qəzasında 13 hərbiçi öldü - YENİLƏNİB

Helikopter qəzasında 13 hərbiçi öldü - YENİLƏNİB

Aktual

27 Mart 2019, 21:07

Qazaxıstan Müdafiə Nazirliyinin qəzaya uğrayan Mİ-8 vertolyotunun ekipaj üvlərinin hamısı həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokaev "Twitter" səhifəsində yazıb.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar komitəsinin rəsmisi bildirib ki, vertolyot naməlum şəraitdə düşüb və tamamilə yanıb. Qəza zamanı vertolyotun göyərtəsində 13 nəfər olub.

Qəzanın səbəbləri araşdırılır.

 

 

***

 

Qazaxıstanda hərbi helikopter qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Qızıl Orda bölgəsində baş verib.

 

Məlumata görə, qəza zamanı helikopterin göyərtəsində 13 nəfər olub. Hadisə zamanı ölən və yaralanların dəqiq sayı ilə bağlı hələlik məlumat açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı