Modern.az

Yanğından zərərçəkənlərə ayrılan 3 milyonun maliyyələşməsi təmin edildi

Yanğından zərərçəkənlərə ayrılan 3 milyonun maliyyələşməsi təmin edildi

Current

29 Mart 2019, 16:51

Prezident tərəfindən yanğından zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olunub.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.

O qeyd edib ki, Bakı şəhərinin Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamında verilmiş tapşırığın icrası olaraq elə bu gün Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 milyon manatın ayrılması təmin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı