Modern.az

Bakıda iki əsas magistral yolda sürət həddi azaldıldı

Bakıda iki əsas magistral yolda sürət həddi azaldıldı

مورد توجه

30 Mart 2019, 09:47

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərdən xahiş edir ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı