Modern.az

Cəlilabadda ağır qəza

Cəlilabadda ağır qəza

Aktual

2 Aprel 2019, 23:28

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 2006-ci il təvəllüdlü Həsənov Azər Nurəddin oğlu və 2007-ci il təvəllüdlü Kərimov Sərxan Əli oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı