Martın 9-10-da “UniverMAYAK” layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib. Son təlimdə iştirakçılar onlara qaranlıq qalan məsələlərlə bağlı suallarını veriblər. Təlimçi İnqilab Şahbazov sualları cavablandırıb.
Martın 10-da isə təlimin son günü keçirilib. İştirakçılar hədiyyə və sertifikatla təltif olunublar.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsində qalib gəlib. Layihə rəhbəri Əsmər Qardaşxanovadır.