Bu il istismarını başa vurmuş 6 qatar xətdən kənarlaşdırılacaq.
Modern.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Vaqonların əsaslı təmiri xidmətinin rəisi Kamran İsmayılov bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, qatarların istismar müddəti 31 ildir:
"İstismarını başa vurmuş 81-714/717 tipli 6 qatar xətdən uzaqlaşdırılaraq əvəzində bu il 81-765 tipli "Metrovaqonmaş" istehsalı olan hər biri 5 vaqondan ibarət 6 qatar alınacaq. Bu qatarların istehsalında ən aparıcı sistemlər tətbiq olunub".