Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.
Azərbaycan Güləş Federasiyasından Modern.az-a verilən məlumata görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.
Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib.
Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb.