Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.