Dekabrın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Urxan Kazım oğlu Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru təyin edilib.
Biologiya elmləri doktoru, professor Urxan Ələkbərov AMEA-nın həqiqi üzvüdür. Modern.az xəbər verir ki, dekabrın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasında yeni rektoru təqdim edib.
U. Ələkbərov 28 aprel 1943-cü ildə Bakıda anadan olub.
O, çapdan çıxan 310-dan çox elmi əsərin müəllifidir, 20-dək müəlliflik şəhadətnaməsi və patenti var. U.Ələkbərlinin oğlu Fərid Ələkbərli də alimdir, tarix elmləri doktorudur. Modern.az