Bakıda uşaq dünyaya gətirən qadın nadir xəstəlikdən ölüb.
Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisindəki klinikada baş verib.
Paytaxtın Nizami rayonu, Abbasov küçəsi 6b, mənzil 4-də yaşayan, 1977-ci il təvəllüdlü Əliyeva Rumiyyə Sədi qızı ”Hellp sindromu” diaqnozu ilə ”Baku Medical Plaza”ya gətirilib və orada ölüb.
Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva 36-38 həftəlik hamilə olarkən yıxılaraq qolundan xəsarət alıb, hadisədən 2-3 həftə sonra halı pisləşdiyindən aprelin 15-də ”Baku Medical Plaza”ya yerləşdirilib və qeysəriyyə əməliyyatı olunaraq oğlan uşağı dünyaya gətirib. R.Əliyeva səhhəti normallaşdıqdan sonra evə buraxılıb.
Aprelin 23-də R.Əliyevanın səhhəti yenidən pisləşdiyindən o, ”Baku Medical Plaza”ya yerləşdirilsə də, aprelin 26-da orada dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.