Modern.az

Türkiyədə 176 hərbçi saxlanıldı - SƏBƏB

Türkiyədə 176 hərbçi saxlanıldı - SƏBƏB

Aktual

9 İyul 2019, 11:02

Türkiyədə anti-terror əməliyyatı çərçivəsində FETÖ (Fəthulllah Gülən Terror Təşkilatı) ilə əməkdaşlıqda şübhəli bilinən daha 176 hərbçi saxlanılıb.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.

 

Məlumata görə, əməliyyat Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Xidmətində keçirilib. Daha öncə aparılan araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

 

Ümumiyyətlə, son aylar ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1000-dən çox hərbi qulluqçu xaric edilib.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı