Modern.az

118 ton Azərbaycan məhsulu Rusiyaya buraxılmadı

118 ton Azərbaycan məhsulu Rusiyaya buraxılmadı

Aktual

10 İyul 2019, 20:58

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub.

Modern.az  “Report”a  istinadən  bildirir ki, söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir.

Bununla yanaşı, Rusiya tərəfi Gürcüstandan şaftalı, İrandan isə bibər idxalına qadağa qoyub. "Rosselxoznadzor" nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı