Modern.az

Bakıda sökülən tarixi bina deyil - RƏSMİ - YENİLƏNİB

Bakıda sökülən tarixi bina deyil - RƏSMİ - YENİLƏNİB

Aktual

29 İyul 2019, 12:17

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov məsələ ilə bağlı yeni açıqlama verib. 

F.Hüseynov Modern.az-a deyib ki, qeyd edilən ünvandakı həmin yaşayış binası tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısına daxil deyil.

 

***

 

Bakıda, Mirzəağa Əliyev küçəsi 150 ünvanında 1890-cı ildə inşa edilmiş tarixi binanı sökürlər.

 

Modern.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabından bildirib.

 

O qeyd edib ki, bu addım vətəndaşları razı salmadan, onlarla anlaşmadan atılır:

“Turizmi inkişaf etdirməyi düşünən ölkə tarixi sökməz, bərpa edər, hekayə qurar, bunlar isə lüləkababla turist tutmaq istəyirlər, çünki dünya görüşləri elə lüləkababdan o yana getmir”.

 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov Modern.az-a bildirib ki, hazırda qeyd edilən məsələ araşdırılır. 

 

“İctimaiyyətə məlumat veriləcək”-deyə F.Hüseynov qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı