Modern.az

Nəsimidə binada YANĞIN - 7 nəfər təxliyə olundu

Nəsimidə binada YANĞIN - 7 nəfər təxliyə olundu

Güncel

4 Avqust 2019, 09:03

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində karton taralar 6 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı