Modern.az

Qırğızıstanın prezidenti Azərbaycana gəlir

Qırğızıstanın prezidenti Azərbaycana gəlir

Aktual

26 Avqust 2019, 18:28

Qırğız Respublikası prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfərinin tarixi bəlli olub.

 

Modern.az Report.az-a istinadən xəbər verir ki, Qırğızıstanın dövlət başçısı oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

 

Qırğız Respublikasının həmin tədbirdə iştirakı məsələsi bu gün Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun xarici işlər naziri Çingiz Heydərbekovla görüşündə də müzakirə olunub.

 

Tərəflər həmçinin iki ölkə arasında iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafında qarşılıqlı marağın olmasını bir daha təsdiqləyərək hökumətlərarası komissiyanın növbəti iclasının da təfərrüatını müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı