Modern.az

Oğuzda meşə yanğını tam söndürülüb

Oğuzda meşə yanğını tam söndürülüb

Aktual

29 Avqust 2019, 13:41

Son günlər ərzində Oğuz-Qəbələ rayonları istiqamətində mürəkkəb relyefli dağlıq zonada ümumilikdə 500 ha sahədə meşə, meşəətrafı kol-kos, örüş sahələri və bələdiyyə fonduna aid ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğınların söndürülməsində Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və kənd bələdiyyələrinin nümayəndələri də iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı