Modern.az

Ucarda suda batan şəxsin meyiti tapılıb  

Ucarda suda batan şəxsin meyiti tapılıb  

Aktual

30 Avqust 2019, 12:37

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan kanalının Ucar rayonundan keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin kanalda batması barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1951-ci il təvəllüdlü Əliyev Oqtay Həmid oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı