ABŞ-ın Mobil şəhərində (Alabama ştatı) stadionda atışma baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, "LeFlor" və "Vilyamson" komandaları arasında "Ledd Piblz" stadionunda keçirilən futbol matçından sonra baş verən atışma nəticəsində azı 10 nəfər yaralanıb.
Bildirilir ki, yaralananlar 15-18 yaş arasında yeniyetmələrdir. Onlardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.