Modern.az

Lüksemburqun idman naziri “Qarabağ”dan üzr istədi - VİDEO

Lüksemburqun idman naziri “Qarabağ”dan üzr istədi - VİDEO

Current

4 Oktyabr 2019, 00:26

"Düdelanj"  - “Qarabağ” oyunu təxribatla əlaqədar dayandırıldıqdan sonra Lüksemburqun idman naziri Ağdam təmsilçisinin soyunub-geyinmə otağına gəlib.

Modern.az xəbər verir ki, nazir baş verən təxribata görə "Qarabağ" komandasının üzvlərindən üzr istəyib.

Ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını bildirən nazir təxribatçının tapılaraq, cəzalanacağını qeyd edib.


Qeyd edək ki, xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı