Modern.az

Kürdəmirdə toya gedən avtomobil qəzaya düşdü - Yaralılar var

Kürdəmirdə toya gedən avtomobil qəzaya düşdü - Yaralılar var

Aktual

24 Noyabr 2019, 15:14

Kürdəmir rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

 

Belə ki, rayon sakini Sakit Məmmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.

 

Nəticədə “VAZ 2106” markalı nəqliyyat vasitəsində olan qadın sərnişin xəsarət alıb. O, müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. 

 

Qeyd edək ki, “Toyota Prado” markalı avtomobildə olan sərnişinlər kiçik toy məclisinə gedirlərmiş.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı