Modern.az

Şirvanda 3 günlük körpəni küçəyə atdılar

Şirvanda 3 günlük körpəni küçəyə atdılar

Current

30 Noyabr 2019, 01:14

3 günlük körpəni çölə atıblar.

Modern.az yerli mediaya istinadən  xəbər verir ki, hadisə Şirvanda baş verib.

Belə ki, dünən axşam satlarında Leytenant İbrahimov küçəsi 18, mənzil 2 ünvanında yerləşən evin qapısına yun parçaya bükülmüş və sellofan torbaya qoyulmuş halda uşaq tapılıb.

Körpəni aşkar edən Şirvan sakini Sevda Abbasova uşağın tapılması barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verib. Sonra uşaq Şirvan doğum evinə gətirilib.

Həkimin sözlərinə görə uşağın göbəyi qeyri-peşəkar formada kəsilib. Bu da körpənin tibb müəssisəsindən kənarda doğulmağına dəlalət edir. Uşağa həkimlər tərəfindən bütün yardımlar edilib.

Hazırda doğum evində olan körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Şirvan polisində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı