Modern.az

Bakıda 41 yaşlı kişi xəstəxanadan itkin düşdü

Bakıda 41 yaşlı kişi xəstəxanadan itkin düşdü

Aktual

30 Noyabr 2019, 13:01

Bakıda orta yaşlı kişi itkin düşüb.

Modern.az-ın məlumatına görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Tsvetkov Qenis İvanoviç noyabrın 25-də Nəsimi rayonu, A.Səhhət küçəsi, 32 ünvanında yerləşən, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı