Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması görüntüləri yayılıb.
Laboratoriya şöbəsinin həkimi analiz cavablarını alan vətəndaşlardan pul alıb.
Modern.az xəbər verir ki, Oxu.az-ın redaksiyasına göndərilən videonun dünən səhər saatlarında Qusar rayon Mərkəzi Xəstəxanasında çəkildiyi bildirilir.
Videodan həkimin açıq-aşkar pul aldığı görünür.