Modern.az

Azərbaycanın qida təhlükəsizliyi qanunu hazırlanıb

Azərbaycanın qida təhlükəsizliyi qanunu hazırlanıb

Aktual

20 Dekabr 2019, 12:17

Gələn ildən etibarən Azərbaycanda idxal olunan məhsullara münasibətdə idxal karantin sisteminin tətbiqləri həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Xarici Ticarət İştitakçılarının 2-si Respublika Forumunda çıxışı zamanı bildirib.

Sədr qeyd edib ki, gömrük-keçid məntəqələrinə yaxın məsafələrdə heyvan və bitki mənşəlli məhsulara münasibətdə vahid məntəqələrdə qida təhlükəsizliyinə görə risklərin dəyərləndiriləməsi həyata keçiriləcək ki, bu da ölkəyə idxal olunan qida məhsullarının həm çevik şəkildə idxalına, həm təhlükəsizlik göstəricilərinin təmin olunaraq, əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcək.

Q.Təhməzlinin sözlərinə görə, ölkə başçısı tərəfindən qida təhlükəsizliyinin qorunması ilə əlaqədər "2019-2025 -ci illəri əhatə edən dövlət proqramı" təsdiq olunub:

"Onun əsas sahələrindən biri də qida məhsullarının idxalı və ixracı zamanı tətbiq olunan sahələrdir. Belə ki, idxal prosesi zamanı məhsulun idxalının sürətləndirilməsi ilə yanaşı, eyni zamanda bir sıra risk göstəciləri də nəzərə alınır. Məsələn, idxalçı dövlət və şirkətin etibarlılığı və məhsulun növü böyük önəm daşıyır. Hər iki qurumun məqsədi sahibkarlar üçün asanlaşdırılmış sistemin tətbiqi ilə yanaşı, ölkə əhalisinin sağlamlıq göstəricilərinin qorunmasıdır".

Agentlik sədri deyib ki, bir sıra beynəxalq təşkilatların dəstəyi ilə Azərbaycanın qida təhlükəsizliyi qanunu işlənib hazırlanıb: "Həm hökumətdə təmsil olunan, həm də ictimai təkilatların, sahibkarların və beynəlxalq elspertlərin rəy verdiyi qanunun hazırlanıb. Yaxın vaxtlarda həmin qanun qəbul olunması üçün müvafiq qurumlara təqdim olunacaq. O qanunda qida məhsullarına münasibətdə əsas faktorlar öz əksini tapmış olacaq ki, artıq Azərbaycanda qida məhsullarının ixracı zamanı bir sənəd təqdim olunacaq. Sənədə ixrac edilən məhsulların göstəriciləri öz əksini tapacaq. Bir sənəd üzərində məhsulun həm baytarlıq, həm fitosanitar, həm də sağlamlıq göstəriciləri qeyd ediləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı