Modern.az

Bakıda metroda nasazlıq: sərnişinlər qatardan boşaldıldı

Bakıda metroda nasazlıq: sərnişinlər qatardan boşaldıldı

Aktual

2 Yanvar 2020, 20:12

Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.

Modern.az  “Report”a  istinadən  xəbər verir ki, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndirici vasitəsilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.

“Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.

“İnşaatçılar” stansiyasında dayanan qatarın sərnişinləri boşaldılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a faktı təsdiq edib. Onun sözlərinə görə, nasazlıq aşkar edilən qatar depoya yola salınıb:

“Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bütün bunlar isə qatarların hərəkət qrafikinə təsir etməyib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı