Modern.az

Daha bir universitetdə kadr dəyişikliyi olub

Daha bir universitetdə kadr dəyişikliyi olub

Aktual

13 Yanvar 2020, 15:30

Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi olub.

 

AzTU-nun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, universitetin kitabxanasının müdiri Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub.

 

Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə N.Xələfovaya təşəkkür edib.

 

Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı