Modern.az

Rauf Vəliyev Gədəbəyin daha 4 kəndində seçicilərlə görüşüb - FOTOLAR - VİDEO

Rauf Vəliyev Gədəbəyin daha 4 kəndində seçicilərlə görüşüb - FOTOLAR - VİDEO

Current

30 Yanvar 2020, 12:24

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rauf Vəliyevin kəndbəkənd görüşləri uğurla davam edir.

 

Modern.az xəbər verir ki, yanvarın 29-da Gədəbəyin Şınıx zonasında olan Rauf müəllim Düz Rəsullu, Çay Rəsullu, Arabaçı, İsalı kəndlərində seçicilərlə səmimi ünsiyyət qurub. Seçicilər Rauf  Vəliyevə böyük inamlarını ifadə ediblər. Bildirilib ki, o, hər zaman sadə insanların yanında olub, xeyir-şər məclislərində yaxından iştirak edib. Kim nə vaxt Rauf müəllimə müraciət edibsə, naümid geri qayıtmayıb.

 

Rauf  Vəliyev çıxışlarında öz platformasını açıqlayıb, seçiləcəyi təqdirdə yenə də həmişəki kimi camaatın içində olacağını, Gədəbəyin, Tovuzun inkişafı üçün, insanların rifahı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

 

Qeyd olunan 4 kəndin hər birində seçicilər ən şanslı namizəd kimi Rauf  Vəliyevi gördüklərini bildiriblər. Rauf müəllim də göstərilən etimada görə hamıya təşəkkür edib, görüşə gələnlərə minnətdarlığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı