Modern.az

Azərbaycanda gənc narkotacirlər saxlanıldı

Azərbaycanda gənc narkotacirlər saxlanıldı

Aktual

1 Fevral 2020, 13:10

Balakəndə narkotacirlər saxlanılıb. 

 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 27 yaşlı Anar Qarayev saxlanılıb.

 

Onun yaşadığı evə baxış keçirilən zaman kiçik ölçülü sellofan torbada  psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.

 

A.Qarayevin ətrafında aparılan araşdırmalarla ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən olunub.

 

Onlar da şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. N.Cəfərov və F.Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları məlum olub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı