Modern.az

"Neftçi" - "Sumqayıt" matçı zamanı insident baş verib

Aktual

1 Fevral 2020, 20:19

Azərbaycan Premyer Liqasında XV turun "Neftçi" - "Sumqayıt" matçı zamanı insident baş verib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, oyunun sonlarında qonaq komandanın 3 azarkeşi fişəng yandırdıqları üçün tribunadan çölə çıxarılıb. Onlar post-patrul maşınına mindirilərək, Nizami rayonu 24-cü polis bölməsinə aparılıblar.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı