Modern.az

Çindən təxliyyə edilən Azərbaycan vətəndaşları Türkiyəyə çatdı - VİDEO

Çindən təxliyyə edilən Azərbaycan vətəndaşları Türkiyəyə çatdı - VİDEO

Aktual

1 Fevral 2020, 22:31

Çindən Azərbaycan və Türkiyə vətəndaşlarını təxliyə edən təyyarə Türkiyəyə çatıb.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə  Etimesqut hava limanına enib.

Bildirilir ki, yeni tip koronavirus səbəbindən Çinin Uhan şəhərindən Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid böyük karqo təyyarəsi yanacaq doldurduqdan sonra Monqolustanın paytaxtı Ulan-Batordan Türkiyəyə doğru yola düşüb.

Qeyd edək ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 260 nəfərə çatıb, 11,7 mindən artıq insan isə yoluxub.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı