Modern.az

Deputatdan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə İTTİHAM

Deputatdan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə İTTİHAM

Current

2 İyun 2020, 11:34

“Çox təəssüf ki, bu gün Nəsimi rayonunda yaradılan yaşıllıqların suvarılması problem olaraq qalmaqdadır. Bu, Bakının bütün rayonlarında belədir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib. O bildirib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllıqların qorunması üçün heç bir iş görülmür:

 

“Bu problemin ən qısa zamanda həll olunmasını xahiş edirəm. Vətəndaşlar öz hesabına bu problemi həll etməyə çalışsalar da, bu alınmır. Həmin idarə edilən müraciətlərə cavab verməli, tədbirlər görməlidir”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı