Türkiyədə son sutka ərzində daha 17 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 729 nəfərə çatıb:
"Bu gün ölkədə 36 521 şübhəli koronavirus testindən keçib. Koronavirus testindən keçənlərdən 922-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 173 036 nəfərə çatıb. Müalicə olunan 2 241 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 146 839 nəfər koronavirusdan müalicə olunub".