Modern.az

İnsan beyni yeyən amöb peyda olunub

İnsan beyni yeyən amöb peyda olunub

Aktual

7 İyul 2020, 08:30

ABŞ-ın Florida ştatının Hilsburq şəhərində yaşayan vətəndaşlardan birində “Neqleriya Foulera” amöbü aşkar edilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, birhüceyrəli canlı infeksiya yaradır və əksər hallarda xəstənin ölümünə gətirib çıxarır.

 

Bir çox hallarda göl və çay kimi şirin su hövzələrində aşkar edilən amöb, sadəcə, burun yolu ilə insana keçir.

 

Hazırda Florida Səhiyyə İdarəsi amöbün sözügedən şəxsin bədəninə necə keçdiyini araşdırır.

 

Qeyd edək ki, “Neqleriya Foulera” amöbü insan beynini sürətlə zədələdiyi üçün “insan beyni yeyən amöb” adlandırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı