Modern.az

İsmayıllıda tövlə yandı

İsmayıllıda tövlə yandı

Aktual

7 İyul 2020, 09:24

İsmayıllıda yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 162 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 12 ton ot bağlaması, yaxınlıqda dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 3 ton ot bağlaması, ümumi sahəsi 90 m² olan talvarın taxta atmaları 10 m² sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı