Modern.az

BDU-da Bilik Günü qeyd olundu

BDU-da Bilik Günü qeyd olundu

Aktual

15 Sentyabr 2012, 15:00

15 sentyabr – Bilik Günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. İlk olaraq universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Bu il universitetə 3472 nəfər tələbənin qəbul olunduğunu deyən rektor onlardan 219 nəfərinin 600-dən, 49 nəfərin isə 650-dən yuxarı bal topladığını diqqətə çatdırıb.

Abel Məhərromov xüsusi olaraq qeyd edib ki, dünyada mövcud olan 150 minədək universitetdən yalnız 20 min top universitet sayılır ki, bu günlərdə həmin universitetlərdən 700-nün adı açıqlanıb, ötən il olduğu kimi, bu il də həmin siyahıda Bakı Dövlət Universiteti yer tutub: “Bu bizim hər birimizin, o cümlədən siz tələbələrin məsuliyyətini bir qədər də artırmış olur, çünki təkcə universitetimizin deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi sizin əlinizdədir. Yüzlərlə gəncin Avropanın qabaqcıl təhsil ocaqlarına göndərilməsi, təhsil islahatlarının uğurla həyata keçirilməsi, “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın Azərbaycan Prezidenti tərəfindən imzalanması özünəməxsus təhsil və tədris ənənələri olan ölkəmizin işıqlı gələcəyindən xəbər verir”.

 Daha sonra ilahiyyat fakültəsinin dekanı, professor Vasim Məmmədəliyev, 695 bal toplamış tələbə Emil Məmmədli çıxış ediblər. Sonda akademik Abel Məhhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək, birlikdə xatirə şəkli çəkdirib.

Universitetimizin və respublikamızın 3 rəngli bayraqları dövlət himnin sədaları altında yuxarı qaldırılıb.

Universitet qarşısında tələbə izdihamı yaşanırdı. Hiss olunurdu ki, bu il universitetə qəbul olan tələbələrin sevinclərinin həddi-hüdudu yoxdur. Jurnalistika fakültəsinə qəbul olan Nərmin Süleymanova da bu sevinci yaşayanlardandır: “Bu gün çox sevinirəm. İstədiyin universitetin, istədiyin fakültəsinə qəbul olmaq çox sevindiricidir ki, 539 balla, jurnalistikanın əyani şöbəsinə qəbul olmuşam. Jurnalist olmaq uşaqlıq arzum olub. 5 yaşımdan olan bir arzudur. Teleaparıcı olmaq istəyirəm. Məktəb vaxtı da bütün tədbirləri mən aparmışam”.

 Digər müsahibim bu il tələbə adını alan Nəzrin Həsənova sevincini bölüşür: “541 balla jurnalistika fakültəsinə qəbul oldum. Ödənişsiz təhsil alacam. Öz istəyimlə bu fakültəni yazdım, ən böyük arzumdur jurnalist olmaq, baxmayaraq ki, ailəm buna razı deyil. Deyirlər ki, jurnalistika qız sənəti deyil, amma mən jurnalist olacağam. Bu mənim istəyimdir, istəmədiyim peşəni heç vaxt seçə bilməzdim. Xarakterim belədir. Araşdırma sahəsi üzrə işləyəcəyəm, istəyirəm ki, cəmiyyətimizdə olan nöqsanları üzə üzə çıxarım”.


 

 



Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı