Modern.az

Azərbaycanda 2.5 milyona yaxın şəxsə vaksin vurulub - Rəsmi

Azərbaycanda 2.5 milyona yaxın şəxsə vaksin vurulub - Rəsmi

Aktual

4 İyun 2021, 16:40

Azərbaycanda son sutkada 47637  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 42266  nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 5371  nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2465719 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1540259 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 925460  nəfərdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı