Modern.az

Trampın oğlu evlənib

Trampın oğlu evlənib

Dünya

23 May 2026, 17:24

ABŞ prezidentinin oğlu kiçik Donald Tramp, toy mərasiminin bu həftəsonu keçirilməsi gözlənilsə də, model Bettina Andersonla gizlicə evlənib.

Modern.az xəbər verir ki, bu barədə "People" jurnalı nikah icazəsi sənədinə istinadən məlumat yayıb.

Nəşrin əldə etdiyi sənədə əsasən, nikah mərasimi Andersonun bacısı Kristinanın Floridadakı Uest-Palm-Biç şəhərində yerləşən evində baş tutub. Mərasimi Kristinanın həyat yoldaşı, daşınmaz əmlak üzrə vəkil Bredli Makferson idarə edib.

Yeni evlənən cütlük iki gün əvvəl nikaha daxil olub. Kiçik Tramp nişanlandıqlarını 2025-ci ilin dekabrında elan etmişdi. ABŞ prezidenti isə oğlunun Baham adalarında keçirilməsi planlaşdırılan toyunda iştirak edə bilməyəcəyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?