
Zahid Oruc
Milli Məclisin üzvü
Siyasətdə təqvim real həyatdakı kim deyil. Burada hesablama sistemləri çox vaxt adi gözlə görünmür.Milli bayramlar və faciələrin rənglədiyi Azərbaycan tarixinin zaman ölçüsü mənə görə çox şərtidir.Ya xilaskarlıq,ya da xəyanət hadisələri bu xalqı elə yetkinləşdirib ki,indi bu millət yaşından çox böyük görünür.
2003-cü ildə bizi 1993-cü il gözləyirdi.Yox,bu inersiya ilə hələ də dilin yeni minilliyə öyrəşə bilməməsi-hər sözü “min doqquz yüz”lə başlamaq sindromu deyildi.Sadəcə milli bədbəxtliklər də illər üzrə elə identifikasiya olunub ki,daha o dövrün bütün siyasi mənzərəsini təsvir etmədən də hamıya bircə işarə bəs edir.
Səhv başa düşmədiniz. Zamanla geriyəsayım 2003-cü ilədək gözəgörünən və görünməyən dairələrin Heydər Əliyev və bu millətlə on illər ərzində apardıqları savaşla təzədən başlayacaqdı.Yenə də miflərdəki kimi qarşımızda iki yol vardı-biz ya Xeyirlə addımlayacaq,ya da Şərə məğlub olacaqdıq.Bu versiya deyil,həqiqətdir ki,4 iyun qiyamından sonra müxtəlif beynəlxalq dairələrin belə bir planı vardı ki,Heydər Əliyavin iqtidara gəlməsi çox qısa zamandan sonra onun hakimiyyətdən getməsi ilə nəticələnəcək və beləliklə, bu ölkənin həyatına hər zaman təsirini saxlayan bu nəhəng siyasət generalından birdəfəlik qurtulacaqlar.
Xaosun devirməli olduğu bu sima ona qarşı qurulmuş plana öz sistemi ilə cavab verdi və mahiyyətcə bu ölkəni bölməyə hesablanan ssenariləri dağıtdı.O,öz ideallarında daşıdığı modeli gerçəkliyə çevirdi və 14-cü Lüdovikin “dövlət-mən özüməm” formulu dövləti olmayan bir millətin xeyrinə işlədi.
Tanrı ona bu haqqı elə tanıdı ki, hətta 2003-cü ildə “x günü”nün məchulluğunu gözləyənlər Heydər Əliyevin həyatla mücadilə verdiyi bir vəziyyətdə belə ona məğlub oldular.Liderlik fenomeni bax budur.Hər kəsin üzərində və mənəvi dünyasındakı hakimiyyəti qazanmış bu şəxsiyyət 15 oktyabrda Azərbaycana şəfa diləyənlərin səsinin 2-ci Əliyevə verildiyinə şahidlik etdi.Bu sırf hüquqi müstəvidə təhlil edilən seçki aktından daha çox ruhi bir hadisə idi və mahiyyətcə “Heydər Əliyevin siyasi qürub çağını görə bilməyəcəksiz” mesajının təsdiqidir.
Onun siyasi xəttinin qırıldığı 1987-93 cü illərdə biz yolumuzu itirdik.Nə qədər şəxsiyyət və rəhbər amilinə qarşı çıxırsınız-çıxın,tarix şərt çəkilçisini sevmir.15 oktyabrda bu millətlə uzun onilliklər bərabər addımlamış,böyük bir tarix yaratmış və Klivlenddə son savaşını verən Liderə dua mərasimi, həmrəylik nümayişi idi.İlham Əliyev atasının təkcə genetik varlığının daşıyıcısı deyil,həm də bu millətin böyük Heydər Əliyevdən gözlədiyi arzu və idealların gerçəkləşdirməsinin varisidir.Missiya dəyişməyib.
Bizi əhatə edən dünyanın mistik mahiyyəti olmasydı, həyat çox cansıxıcı olardı.Bu gün ONUN RUHU SEVİNİR.Qalib orazla tarixdə yaşayan Heydər Əliyevin qələbəsi şəxsi deyil,həmişə milli məzmun daşıyıb.İlham Əliyevi tanımayanlar ona məğlub oldular.Dövlət məsuliyyəti bu on ildə İlham Əliyevi daha da yetkinləşdirdi.Onun obrazı Heydər Əliyevə çox oxşayır.Ulu Öndərin ruhunu içində yaşadan,Onun gözündən,Ürəyindən,Taleyindən və Sevgisindən çıxış edib bu Vətənə bağlı olanlar,Yolunuz açıq olsun!