Modern.az

Toya gedən hər kəsdən vaksin sənədi tələb olunacaq

Toya gedən hər kəsdən vaksin sənədi tələb olunacaq

Aktual

1 Sentyabr 2021, 00:06

Bu gündən şənlik mərasimləri ilə bağlı qaydalara edilən dəyişiklik qüvvəyə minir.

 

Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 28 avqust 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara edilən dəyişikliyə əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb ediləcək.

  

Yəni, 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakla bağlı mövcud olan bütün tələblər 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də tətbiq ediləcək.

 

Yeni qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı